Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosel spermanı necə zəiflədir ?

Varikoselin spermaya təsiri

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin spermaya təsiri mexanizmləri

    Varikosel son zamanların çox aktual və papulyar xəstəliyidir. Çünki, varikosel sonsuzluğun sağala bilən əsas səbəblərindən biridir. Sonsuzluq ayrıca bir xəstəlik deyildir. Sonsuzluğun müalicəsi dedikdə onu yarada bilən səbəblərin aradan qaldırılmasına yönələn tədbirlər nəzərdə tutulur. Əgər xəstənin müayinəsi zamanı onda varikosel aşkarlanırsa, xəstəyə mikrocərahi müdaxilə məsləhət görülür. Əməliyyatdan sonrakı dövrdə sperm göstəriciləri yaxşılaşır və xəstənin həyat yoldaşında hamiləlik olur. Yaxud hər hansı cinsi yolla yoluxan xəstəlik aşkarlanırsa, bu halda ər – arvad hər ikisi müalicə alır. Müalicədən sonra hamiləlik planlaşdırılır və uğurlu alınır. ( Varikosel spermanı necə zəiflədir, varikoselin spermaya təsiri )

     

    Əgər biz varikoseldən danışırıqsa varikoselin spermaya təsiri üç əsas mexanizmlə izah olunur

     

    • Bunlardan birincisi varikoselin spermaya temperatur təsiridir. Varikoselin spermaya təsiri dedikdə, bu xəstəlik zamanı xayaların temperatur tənziminin pozulması başa düşülür.

     

    • Digər bir mexanizm genişlənmiş venaların xaya toxumasına mexaniki təsiridir. Yəni, enişlənmiş venalar xaya toxumasını kompressiya edir, sıxır və qan dövranını pozur.

     

    • Üçüncü mexanizm isə varikosele zamanı xayalıqda venoz qanın ləngiməsinə bağlıdır. Bu zaman xayada sərbəst radikallar artır və spermatozoidlərə zədələyici – toksiki təsir göstərir. ( varikoselin spermaya təsiri )

     

    1. Xayaların temperatur tənziminin pozulması. Varikosel və sonsuzluq

     

    Yuxarıda xaya toxumasının temperatura nə dərəcədə həssas toxuma olduğu haqqında ətraflı məlumat vermişdik. Bu əlamətləri hər bir kişi öz üzərində hiss edir. Xayalığın dərisi istidə boşalır sallanır, soyuqda isə yığılır. İnsan bədən temperaturu normal halda 36.6 – 37 C – dir. Xayalığın temperaturu isə təqribən 2 – 3 C aşağıdır, yəni 33.6 – 34 C – dir.

    Varikoselin spermaya təsiri

    Bildiyimiz kimi mayalanma hadisəsi çoxsaylı fizioloji, biokimyəvi proseslər məcmusudur. Əlbəttə ki, çox səlis və mükəmməl dəqiqliklə tənzimlənən prosesdir. Mayalanma dedikdə, spermmatozoid və yumurtahüceyrənin ( kişi və qadın cinsi hüceyrəsi ) nüvələrinin birləşməsi halı başa düşülür. Mayalanmaya qədərki dövrdə spermatozoidlə yumurtahüceyrə arasında gedən proses ZP 1 – 3 resepsiya adlanır. ( ZP –  zona pellusida – yumurtahücüyrənin şəffaf qişasının latınca adıdır. ZP adı da oradan götürülmüşdür ). Bu proses iki hüceyrə arasında ilkin tanışlığı xatırladır. Bu zaman səthi akrosomal zülallarla yumurtahüceyrə şəffaf qişasının səthi reseptorları arasında tanıma prosesi gedir. ( Akrosomal zülallar dedikdə spermatozoidin baş hisssəsini örtən akrosomal membrananın səthi qlikozaaminqlikan qatı başa düşülür ). Bu reaksiya mayalanma prosesinin başlanğıcıdır. Akrosoma dedikdə spermatozoidin baş hissəsinin önündə yerləşən qovuqcuq başa düşülür.

     

    Xayanın temperaturu yüksəldikdə xayalarda nə baş verir, varikosel spermaya necə təsir edir ? Varikosel spermanı necə zəiflədir ?

    Xatırladım ki, varikoselenin sperm kütləsinə təsir mexanizmlərindən daha çox öyrəniləni xayaların temperatur tənziminin pozulması ilə əlaqədardır. Normal halda insan bədən temperaturu 36.6 – 37 C olduğu halda, xayaların temperaturu bədən temperaturundan 2,0 – 3,0 C aşağıdır. Məhz bu temperaturda normal spermyaranma prosesi gedir. Başqa sözlə desək, spermanın yaranma prosesində iştirak edən, onu tənzimliyən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar bədən temperaturundan 2 – 3 C aşağı temperaturda normal fəaliyyət göstərir.

    Varikosele zamanı xaya ətrafı venalar genişlənir və onlarda venoz qan durğunluğu yaranır. Yığılan qanın temperaturu bədən temperaturu olduğundan ( 36,6 – 37 C ) xayalığın temperaturunu da bədən temperaturuna qədər qaldırır. Yuxarıda göstərildiyi kimi spermatozoidlərin səthi akrosomal zülallarının normal qruluşu yumurtahüceyrə ilə zp resepsiya üçün zəruridir. Yəni yumurta hüceyrəni tanımaq üçün.

    Varikosele ilə əlaqədar xayalığın temperaturunun yüksəlməsi nəticəsində bu zülallar ( səthi akrosomal zülallar ) denaturasiya olunur. Başqa sözlə desək öz təbii qruluşunu dəyişir. ( Zülalın təbii qruluşunun dəyişməsinə misal olaraq, çiy yumurtanı qaynar suya atdıqda yumurta zülalının denaturasiyasını göstərmək olar. Buna zülalın pıxtalaşması da deyilir ). Belə spermatozoidlərin hərəkəti saxlansa da, onlar yumurta hüceyrə ilə görüşə bilsə də, aralarında ZP resepsiya ( spermatozoidin yumurtahücüyrəni tanıması prosesi ) və akrosomal reaksiya getmir. Nəticədə spermatozoid yumurtahüceyrəni mayalandıra bilmir və tələf olur. Varikosele zamanı kişi sonsuzluğunun bir səbəbi də budur. ( Varikosel və sonsuzluğun müalicəsi, Varikoselin spermaya təsiri )

     

    Varikoselin spemaya təsiri. Varikosel və sonsuzluğun müalicəsi

     

    Varikoselin spermaya təsiri

    Spermatozoidlərin əmələ gəlmə prosesi spermatogenez adlanır. Spermatogenezin 4 mərhələsi var. Yaranma ( əmələ gəlmə ), çoxalma, yetişmə və formalaşma. Məhz yetişmə və formalaşma fazasında olarkən spermatozoidin baş hissəsində akrosomal membrananın səthində səthi akrosomal zülallar formalaşır. ( molekulyar qruluşuna görə bu zülallar qlikozaaminqlikanlara aiddirlər ).

    Varikosele olan pasientlərdə spermatozoidin səthində olan akrosomal zülallar xayalıqda temperaturun yüksəlməsilə əlaqədar denaturasiya olur. Yəni öz təbii qruluşunu dəyişərək pıxtalaşır.  Belə spermatozoidlər preakrosomal və akrosomal reaksiyaya girmirlər və onların mayalandırmaq xüsusiyyəti olmur.

    Mövzuya bu qədər diqqət və yer ayırmağımın səbəbi vardır. Statistika göstərir ki, 10 % hallarda varikosele olan pasientlərdə spermaqram göstəriciləri dəyişməz qala bilir. Yaxud az dəyişir. Yanlış olaraq bu pasientlərə, sizdə varikosele var, lakin spermanız normal yaxud normaya yaxındır. Ona görə də sizdə əməliyyata gərək yoxdur. Az hallarda da olsa rastlaşdığımız haldır. Belə ki, klinik aşkarlanan varikosele ( 2, 3 və 4 – cü dərəcə ) fonunda sperm göstəricilərində ciddi bir dəyişiklik olmasa belə varikosele əməliyyatının vacib olmasına diqqəti çəkməkdir. ( Varikosel və sonsuzluğun müalicəsi, varikosele yaxud damar genelmesi )

    Xayalarda temperaturun yüksəlməsi zamanı sperm hüceyrəsi daxilində bir çox biokimyəvi proseslər pozulur. Spermatozoid nüvəsinin, cinsi xromatin adlanan hüceyrə cisimciklərinin formalaşması və mitoxondrilərin funksiyası pozulur. Mitoxondrilər spermatozoidin aktiv hərəkəti üçün eneji mənbəyidir. Belə spermatozoidlərin mayalandırmaq, dölyaratmaq qabiliyyəti olmur yaxud məhdud olur. Əgər hamiləlik qalsa belə bətndaxili inkişafın ilkin mərhələlərində, adətən 10 – 12  həftəliyinə qədərki dövrdə hər hansı bir səbəb olmadan inkişafdan qalır. Yaxud çox kiçik bir səbəb üzündən hamiləlik qırılır, döl inkişafdan qalır, ana bətnində tələf olur. Belə hallarla biz həkim klinisistlər çox tez – tez rastlaşırıq. Adətən belə ailələrdə hər dəfə növbəti müayinələrə yalnız qadın cəlb olunur.

     

    Oksidativ stresin fəsadı

     

    İnsanların maarrifsizliyi və həkimlərin qeyri – peşəkar yanaşmaları üzündən hamiləliyin I trimestrində bətndaxili inkişafdan qalmanın yaxud uşaqsalmanın əsas səbəbi ola bilən kişilər heç bir müayinəyə cəlb olunmurlar. Belə inkişafdan qalmalar bir neçə dəfə təkrarlanır, hər dəfə ailə ciddi stres yaşayır və hər stresdən, hər uşaqsalmadan sonra da növbəti dəfə hamilə qalma şansı azalır. Nəticədə isə sağlam və cavan bir ailə sonsuzluq kimi ağır bir problemlə üzləşir. Tətqiqatlar və klinik müşahidələr bir daha onu göstərir ki, hamiləliyin gedişinin idarə olunması təkcə yumurtahüceyrə və qadın orqanizmindən asılı deyil. Eyni zamanda mayalanmada iştirak edən spermatozoidin sağlamlığından da asılıdır.

    2. Oksidativ stres

    Sərbəst radikallar mexanizmi, varikoselin spermaya təsiri.

    Yəqin ki, hər biriniz sərbəst radikallar haqqında eşidmisiniz. Əsasən də onların mənfi təsiri haqqında. Sərbəst radikallar nə dərəcədə təhlükəlidir və ondan qorunmaq mümkündürmü ?

    Getdikcə sərbəst radikallar haqqında elmdə məlumat artır. Xüsusən onların mənfi təsiri. Hətta bir sıra xəstəliklərin və hətta insanın qocalmasının da sərbəst radikallarla əlaqəsi müəyyən edilmişdir. Məsələn, sonsuzluq və onkoloji xəstəliklərlə mübarizədə istifadə olunan bir çox dərman preparatları ( antioksidantlar ) məhz sərbəst radikalların neytrallaşmasına, onların təsirinin aradan qaldırılmasına əsaslanır.

    Sərbəst radikal nədir, varikoselin spermaya təsiri onun vasitəsilə necə baş verir ?

     

    Sərbəst radikallar dedikdə, xarici elektron təbəqəsi natamam olan, qeyri stabil atom və molekullar nəzərdə tutulur. Bu maddələr çox aktiv olurlar və asanlıqla digər molekullardan özünə elektron birləşdirirlər. Yalnız bundan sonra öz xarici elektron təbəqəsini tamamlayır. Belə ki, canlı orqanizmin hüceyrələri normal, stabil ( xarici elektron təbəqəsi tamamlanmış yaxud dolmuş ) molekullardan təşkil olunub. Sərbəst radikallarin təsiri nəticəsində bu stabil molekullar oksidləşməyə məruz qalırlar. Yəni ki, öz xarici elektron təbəqəsindəki elektronu sərbəst radikallara verir və bununla da sərbəst radikallar stabil molekulaya çevrilir.  Əvəzində isə elektronu verən maddə özü ( hansı ki, canlı orqanızmin hüceyrəsini təşkil edir ) qeyri stabil maddəyə yəni sərbəst radikala çevrilir.

    Sərbəst radikala çevrilən hər bir yeni molekula, əvvəllər inert olduğu halda sərbəst radikala çevrildikdən sonra kimyəvi aktivlik əldə edir. Ona görə də asanlıqla kimyəvi reaksiyalara girir. ( İnert dedikdə reaksiyaya girmək qabiliyyəti olmayan maddə başa düşülür, yəni kimyəvi aktiv deyil ). Beləliklə də hüceyrənin tamlığı pozulur və onun dağılmasının, məhvinin əsası qoyulur. Bununla da orqanizmdə sərbəst radikalların iştirakı ilə gedən kimyəvi reaksiyalar kaskadı işə düşür. Bütun bu proseslər məcmusu oksidativ stres adlanır.

    Məsələn, oksigenin sərbəst radikalı ilə oksidləşməyə məruz qalan kollagen molekulları kimyəvi cəhətdən o qədər aktiv olurlar ki, hətta öz aralarında reaksiyaya girib birləşirlər. Nəticədə tikilmiş kollagen alınır. Tikilmiş kollagen ( kollagen dimerləri ) adi kollagenə nisbətən az elastik olur və nəticədə isə dərinin elastikliyinin azalmasına və qocalmaya səbəb olur. Eləcə də digər orqan və sistemlərdə analoji proseslər müşahidə olunur. Varikoseledə xaya toxumasında sərbəst radikallarla zəngin olan venoz qanın ləngiməsi nətiəsində ən çox zərər görən spermatogen toxumadır ( yəni toxum yaradan hüceyrələr, yaxud toxum hüceyrələri ). Varikosel və sonsuzluğun müalicəsi

     

    Sərbəst radikalların təsiri daha mikroskopik hüceyrə orqanoidləri səviyyəsində olduğundan tam axıra qədər öyrənilməyib və elmə qaranlıq qalan məqamlar çoxdur.

     

    Oksidativ stres

    Ümumdünya  Səhiyyə Təşkilatının məlumatına görə 8 – 10 % – ə qədər hallarda kişi sonsuzluğu məhz sperm kütləsinin keyfiyyət göstəricilərinin ( morfoloji cəhətdən sağlam spermatozoidlərin azlığı ) aşağı olması ilə əlaqədar olaraq yaranır.

    Məlum olmuşdur ki, oksigenin aktiv formalarının ( sərbəst radikallar ) az miqdarda olması spermatozoidlərin normal həyat fəaliyyətləri üçün mühüm əhəmiyyət  kəsb edir. Belə ki, spermatozoid nüvəsindəki zülalların oksidləşməsində, tirozin zülalının fosforlaşması prosesində, DNT – nin ( Dezoksiribonuklein Turşusu -spermatozoid nüvəsinin əsasını təşkil edir ) formalaşmasında və spermatozoid səthinin yumurtahüceyrə ilə kontaktda olan hissəsinin böyüməsində və formalaşmasında vacib rol oynayır. Lakin, sərbəst radikalların orqanizmdə artıq miqdarda toplanması spermatozoid membranının, xromosom DNT – nin zədələnməsinə səbəb olmaqla onların əvvəlcə hərəkətsizləşməsinə daha sonra isə tələf olmalarına səbəb  olur. Bu hal oksidativ stres adlanır.

    Başqa sözlə, oksidativ stres dedikdə orqnizimdə sərbəst radikalların artması prosesi ilə onların neytrallaşaraq zərərsizləşməsi prosesi arasındakı balansın pozulması nəzərdə tutulur.

    Belə olan halda spermatozoidlər mayalandırmaq qabiliyyətlərini ( başqa sözlə desək fertilliyini ) ya tamamilə yaxud da qismən itirirlər. Bu zaman nisbətən aktivliyini saxlayan spermatozoid müxtəlif süni mayalanma proseduralarında istifadə edilərsə mayalanma ehtimalı çox aşağıdır. Əgər mayalanma baş tutarsa inkişafdan qalma ehtimalı çox yüksəkdir. Həmçinin DNT – si spermatozidin mayalandırdığı yumurtadan doğulan uşaqda müxtəlif genetik defektlərlərin və hətta xərçəng riskinin olması ehtimalı var. Varikosel və sonsuzluğun müalicəsi

     

    Sərbəst radikallar nə zaman artır?

    – qocalıq

    – siqaret çəkmək, narkotik maddələr, spirtli içkilər

    – iltihabi proses

    – varikosele

    – şəkərli diabet

    – piylənmə

    – vitamin çatışmazlığı və.s

     

    3. Mexaniki təsir yaxud kompressiya

    Mexaniki təsir dedikdə genişlənmiş, deformasiya olmuş venaların sağlam xaya toxumasına mexaniki təsiri və ya kompressiyası nəzərdə tutulur. Varikoz xəstəliyi zamanı vena divari da dəyişikliyə məruz qalır, qalınlaşır, elastikliyini itirir, diametri bir necə dəfə artır.

     

    Varikoselin spermaya təsiri haqqında daha ətraflı məlumatı aşağıdakı linklərdən oxuya bilərsiniz.

     

    Varikosele haqqında Azərbaycan dilində olan ən geniş məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz.

     

    Sosial şəbəkələrdə paylaş