Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosel sonsuzluğa necə səbəb olur.

varikosel - sonsuzluq

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikosel zamanı sperma necə zədələnir ?

    Varikosel – sonsuzluq çox tez – tez yanaşı işlədilən sözlərdir. Bunu səbəbi isə məlum olduğu kimi sonsuzluqla müraciət edən pasientlərin 35 – 40 % – də varikosel xəstəliyinin aşkarlanmasıdır. Varikosel dedikdə xaya damarlarında varikoz genişlənmə başa düşülür. Varikoselin xaya toxumasına əsas təsiri xayaların temperatur tənziminin pozulması ilə bağlıdır. Bildiyimiz kimi insan bədən temperaturu normal halda 36,6 – 37 C olur. Xayalıqda isə normal temperatur bədən temperaturundan 3 – 4 C aşağıdır. Yəni xayanın normal temperaturu 33,6 – 34 C – dir. Bu isə xayalarda çox yüksək dəqiqliklə tənzimlənən termorequlyasiyadan xəbər verir.

     

    Soyuq havada xayalığın dərisi büzüşür, istidə isə boşalır. Bu hal normaldırmı ?

    Hər bir kişi öz üzərində müşahidə elədiyi bir halı xatırlaya bilər. Belə ki, hava isti olduqda xayalığın dərisi boşalır, yumşalır və daha çox sallanır ki, xayalarda sperma yaranması üçün optimal rejimi saxlıya bilsin. Həmçinin də soyuq havada xayalığın dərisində olan büzüşmə kişilərin hamısına tanışdır. Bu da məhz xayaların daxilindəki sabit temperatur mühitinin çox dəqiqliklə tənzimlənməsindən xəbər verir. Başqa sözlə desək, xaya daxilində gedən bütün bioloji proseslərin normal ritmi bədən temperaturundan 3 – 4 C aşağı temperaturda mümkündür. Bioloji proseslər dedikdə spermatozoidlərin əmələ gəməsi, artıb çoxalması, yetişmə və formalaşma prosesi, kişi cinsi hormonu olan testosteronun sintezi və bu prosesləri tənzimləyən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar nəzərdə tutulur.  Məhz ona görə də bədənimizin bütün digər nahiyyələrindən fərqli olaraq xayalığın dərisi altında piy təbəqəsi yoxdur. Onu əvəz edən ətli qişa vardır ki, ətraf mühitin temperatur fərqinə reaksiyanı asanlaşdırır və xayalığın dərisi daha elastik olur.

    Preakrosomal reaksiya yaxud spermatozoidin yumurta hüceyrəni tanıması

     

    Varikosel - sonsuzluq - androloq Ziyad Aliyev Baki - sperma faizi

    Bu reaksiya spermatozoidin yumurtahüceyrə ilə qarşılıqlı təsirini təmin edən zülallarla bağlıdır. Bunu təsəvvür etmək üçün mütləq spermatozoidin qruluşunu xatırlamaq lazımdır. Spermatozoid baş, bədən, quyruq hissədən ibarətdir. Spermatozoidin mayalanmada iştirak edən hissəsi baş hissədir. Quyruq hissə isə spermatozoidin hərəkəti üçün vacibdir. Onun köməkliyi ilə yumurta hüceyrəyə qədər hərəkət edir. Bununla da quyruq hissənin işi bitir. Qalan bütün digər proseslər isə baş hissədən, onun “ fərasətindən “ asılıdır. Spematozoidin başının önündə akrosoma adlanan hissə yaxud qovuqcuq var . Bu akrosomum daxilində əridici, dağıdıcı – lizosomal fermentlərlə zəngin möhtəviyyət olur . Spermatozoidlə yumurta hüceyrənin qarşılıqlı təsirindən akrosoma adlanan hissənin divarı dağılır, əriyir. Daxilindəki möhtəviyyat isə yumurta hüceyrə divarına əridici, dağıdıcı təsir göstərir ki, daha sonra spermatozoid yumurta hüceyrəyə daxil ola bilsin.

    Bütün bu proseslərin baş verməsi üçün isə spermatozoidlə yumurta hüceyrə arasında məsafədən reaksiya başverməlidir. Bu starta preakrosomal reaksiya deyilir. Belə ki, daxili əridici, dağıdıcı fermentlə zəngin olan akrosomal qovuqun səthində xüsusi zülallar mövcuddur ki, onlar yumurta hüceyrənin şəffaf qişasının səthində olan eyni adlı zülallarla məsafədən reaksiyaya girə bilir. Buna xemotaksis yaxud preakrosomal reaksiya deyilir. Bu zülallar molekulyar qruluşuna görə qlikozoaminqlikanlara aiddir. Yumurta hüceyrənin şəffaf qişası ( latın dilində şəffaf qişa – zona pellucida – Zp ) üzərində də olan bu zülalları Zp zülallar da adlandırırlar. Bu zülallar temmeraturun dəyişməsinə çox həssasdırlar. Yuxarıda qeyd etdiyimiz preakrosomal reaksiyanı müvafiq olaraq Zp resepsiya da adlandırırlar. Daha anlaşılan olması üçün bu reaksiya “ spermatozoidin yumurta hüceyrəni tanımaq qabiliyyəti “ də adlanır . Məhz bu reaksiya ilə yumurta hüceyrə ilə spermatozoid arasında “ tanışlıq “ yaranır və mayalanma prosesinə start verilir.

    Əgər hər hansı bir səbəbdən spermatozoidin başında olan bu zülallar zədələnərsə, öz təbbi qruluşunu dəyişib reaksiya qabiliyyətini itirərsə spermatozoidlə yumurta hüceyrə arasında gedən reaksiya mümkün olmur. Bu reaksiya mümkün olmadıqda isə spermatozoid yumurta hüceyrəyə yaxınlaşır, lakin onlar arasında heç bir reaksiya alınmır və spermatozoid tələf olur. Nəticədə isə mayalanma getmir və kişi sonsuzluğu yaranır.

    Bəs varikosel – sonsuzluq necə yaranır ?

    Yuxarıda qeyd etdiyimiz kimi varikoselin spermaya təsiri üç əsas mexanizmlə mümkündür . Bunlardan ən çox öyrəniləni isə temperatur təsiridir. Başqa sözlə desək varikosel zamanı xayaların termorequlyasiyası pozulur .

    Bəs bu proses necə baş verir. Yuxarıda qeyd etdiyimiz kimi spermatozoidlərin normal həyat fəaliyyəti üçün lazım olan optimal temperatur mühiti 33,6 – 34 C – dir. Varikosel zamanı xaya ətrafında genişlənmiş venalara venoz qan yığılır. Venoz qanın temperaturu bədən temperaturudur, yəni 36,6 – 37 C. Xaya və xaya artımında temperaturun 3 – 4 C yüksəlməsi kifayət edir ki, spermatozoidlərin baş hissəsində ( akrosomal membranada ) olan zülallar ( qlikozoaminqlikanlar ) denaturasiya olsun. Denaturasiya dedikdə zülalın öz təbbii qruluşunun dəyişməsi başa düşülür. Denaturasiyanın Azərbaycan dilində hərfi tərcüməsi pıxtalaşmadır. Buna əyani misal olaraq yumurta zülalının denaturasiyasını göstərmək olar. Əgər su qaynıyarkən çiy yumurtanı sındırıb suya töksək ani olaraq yumurta zülalı pıxtalaşır. Zülal pıxtalaşdıqdan sonra reaksiya qabiliyyətini itirir. Beləliklə də spermatozoid aktiv hərəkət qabiliyyətinə malik olub yumurta hüceyrənin düz yanına qədər gəlib çıxsa da onların arasında tanıma reaksiyası ( preakrosomal reaksiya ) mümkün olmur. Nəticədə kişi sonsuzluğu yaranır.

     

    Varikosel haqqında Azərbaycan dilində ən geniş məlumat aşağıdakı linkdə.

     

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş