Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosel müalicə. Qeyri – mikrocərrahi əməliyyatın fəsadları.

Varikosel müalicə, mikroskopik əməliyyat Bakıda, androloq Ziyad Əliyev

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikosel müalicə. Mikroskopik əməliyyat nədən qızıl standartdır?

    Varikosel dedikdə nə başa düşülür ? Varikosel dedikdə xayalardan venoz qanı aparan damarların varikoz genişlənməsi başa düşülür. Başqa sözlə desək, varikosele xayaların venoz drenajını həyata keçirən damarların varikoz genişlənməsidir. Xayalara qan gətirən arteriyalar, qanı aparan vena damarları, limfa axarları, sinirlər, toxumdaşıyıcı axacaq və bunları sıx bir futulyar şəklində əhatə edən və birləşdirən fassiyalar toxum ciyəsini əmələ gətirir. Xayalardan venoz qanı aparan və genişlənməyə məruz qalan bu venalar toxum ciyəsinin tərkibində olur. Ona görə də varikosele dedikdə həm xaya həm də toxum ciyəsi venalarının genişlənməsi başa düşülür.

     

    Varikosel müalicə. Varikosele cərrahi xəstəlikdir və bu xəstəliyin yeganə qabul olunmuş müalicə yolu mikrocərrahi müdaxilədir.

    Niyə görə mikrocərrahi ? Bu nə deməkdir? – Bu o deməkdir ki, əməliyyat mikroskop altında icra edilir. Yəni, xüsusi olaraq əməliyyatxanalarda istifadə üçün nəzərdə tutulmuş mikroskoplar vasitəsilə aparılır. Daha doğrusu əməliyyat aparılacaq sahə mikroskop altında incələnir. Bir neçə il əvvələ qədər bütün dünyada bütün digər əməliyyatlar kimi mikroskopsuz aparılırdı. Əlbəttə ki, nəticələr dünya həkimlərini qane etmirdi. Çünki, çox tez – tez varikoz damar genişlənməsi təkrarlanırdı. Həmçinin xaya arteriyasının zədələnməsi səbəbindən əməliyyatdan sonrakı dövrdə çox tez – tez xayada kiçilmələr olurdu. Hətta toxum daşıyıcı axacaq ( ductus deferens ) zədələnmələrinə də çox rast gəlinirdi.

    Baxmayaraq ki, onu adi gözlə də görmək çətin deyildir. Bundan başqa varikosel əməliyyatından sonra tez – tez hidrosele yaranırdı. Hidrosele isə xayaların qişaları arasında olan mayenin miqdarının kəskin artmasıdır. Hidroselenin səbəbi isə çox çətinliklə görünə bilən yaxud adi gözlə görünməyən limfa damarlarının zədələnməsi hesab olunurdu. Bütün bu ağırlaşmalar cərrahın peşəkarlıq dərəcəsindən, təcrübəsindən asılı olmayaraq çox tez – tez yaranırdı və dünya alimlərini narahat edən məsələlərdən biri idi.

    Bu məqsədlə də varikoselin cərrahi müalicəsində çoxsaylı əməliyyat modifikasiyaları təklif olunub. Ciddi dönüş nöqtəsi bu əməliyyatın mikroskopik aparılmalı olduğu məlum olduqdan sonra yaranıb. Belə ki, mikroskopik əməliyyatlardan sonra yuxarıda sadalanan fəsadlar demək olar ki, rast gəlinmir. Yaxud çox nadir hallarda müşafidə olunur. Belə ki, qeyri mikroskopik aparılan əməliyyatlardan sonra təkrari damar genişlənmələr müxtəlif ədəbiyyatlarda 5 – 20 % arasında dəyişirdi. Mikrocərrahi əməliyyatlarda isə bu ha l 1 – 2 % təşkil edir. Digər ağırlaşmalar isə praktik olaraq rast gəlinmir, lakin müxtəlif ədəbiyyatlarda 0,5 – 1 % hidrosele qeyd olunur.

     

    Varikosel müalicə dedikdə mikrocərrahi əməliyyat başa düşülməlidir. Əgər əməliyyat qeyri – mikroskopik aparılarsa yarana biləcək fəsadlar hansılardır?

    Əgər əməliyyatdan sonra hidrosele yaranarsa bu hal təkrari cərrahi müdaxilə tələb edən haldır. Çünki, hidrosele də cərrahi xəstəlikdir, müalicə yolu yalnız cərrahi müdaxilədir.

    Xaya arteriyasının zədələnməsi xaya arteriyasının anatomikxüsusiyyətlərindən asılı olaraq dəyişə bilir. Belə ki, əgər xaya arteriyası tək bir arteriyadan, yəni bir gövdədən ibarətdirsə bu arteriyanın zədələnməsi, kəsilməsi yaxud bağlanması kəskin orxit şəklində təzahür edər. Yəni əməliyyatdan sonrakı yaxın 5 – 7 gün ərzində həmin xaya şişir, bərkiyir, dərisi qızarır, kəskin ağrılı olur. Bir çox hallarda bədən hərarəti 39 – 40 C – yə qədər yüksəlir. Buna kəskin orxit deyilir. Bir neçə gün bu vəziyyət davam edir. Bu hal təcili hospitalizasiya tələb edir, xəstə mütləq ciddi yataq rejimində müalicə almalıdır. Əgər vaxtında müdaxilə edilməzsə xaya irinliyə bilər və xayanın əməliyyat olunaraq xaric edilməsi təhlükəsi yarana bilər. Əgər düzgün yanaşma olarsa xayanın fəaliyyəti qismən saxlanılır. Düzdür əksər hallarda zaman keçdikcə xayanın ölçüsü kiçilir. Əgər kəskin kiçilərsə, bərkləşərsə bu halda da onun götürülməsi zərurəti yarana bilər.

    Varikosel xəstəliyi, müalicə, mikroskopik əməlliyyat, androloq Ziyad Əliyev

    varikosele.az

    Əgər xaya arteriyası bir neçə arteriyadan təşkil olunubsa, yaxud bir arteriyanın bir neçə böyük şaxəsindən ibarətdirsə zədələnmə hansı fəsadlar törədər. Xaya arteriyasının şaxələrindən biri zədələnərsə yuxarıdakı vəziyyət olınmaz. Lakin, əməliyyatdan sonrakı dövrdə tədricən müvafiq tərəf xaya kçilir. Zaman keçdikcə isə afunksional xayaya çevrilir, yəni fəaliyyət göstərmir. Xayanın funksiyası dedikdə isə spermatozoid və testosteron hazırlamaq başa düşülür. Kiçilmə elə həddə ola bilir ki, xayanın çıxarılmasına zərurət yarana bilər. Çünki, büzüşmüş, kiçilmiş xaya çıxarılmadıqda əks tərəfdəki xayanın fəaliyyətinə mənfi təsir göstərir.

    Toxumdaşıyıcı axacağın zədələnməsi yaxud bağlanması isə həmin tərəf xayanı nəsiltörətmə fəaliyyətindən kənarda qoyur. Yəni, əgər hər hansı tərəf toxumdaşıyıcı axacaq zədələnərsə, yaxud səhvən kəsilər, bağlanarsa eyakulyasiya zamanı həmin tərəf xayada əmələ gələn spermatozoidlər xaricə çıxmır.

     

    Bütün bunlara görə də mikroskopik ( mikrocərrahi ) əməliyyat varikoselin müaliəcəsində qızıl standart kimi qəbul edilmişdir.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş