Xayada damar genişlənməsi nədir ?

Xaya damarlarında olan varikoz damar genişlənməsi varikosele adlanır. Varikosele daha çox varikosel kimi tanınır. Varikoselin ən ciddi fəsadı kişi sonsuzluğudur. Başqa sözlə desək kişi sonsuzluğunun ən çox rast gəlinən səbəbidir. Saytımızda varikosel və digər uroloji – androloji xəstəliklərlə əlaqədar geniş məlumat verilmişdir.

 

Sizin sağalmağınızdan zövq alırıq.

Tibbi statistika göstərir ki, 15 – 30 yaş arasında olan kişilərin 35 – 40 % – də varikosel vardır. Bu statistika bizim ölkədən də yan keçmiyib. İllərdir tərəfimizdən həyata keçirilən minlərlə xəstə qəbulu və cərrahi əməliyyatlar bunu deməyə əsas verir. Xayada damar genişlənməsi kifayət qədər ciddi yanaşılmalı bir xəstəlikdir. Yuxarıda qeyd etdiyimiz kimi, bir başa olaraq insanların nəsiltörətmə qabiliyyətinə mənfi təsir edir. Beləliklə də sonsuzluq kimi ağır sosial problemə yol açır . ( xayada damar genişlənməsi )

Müasir andrologiya və urologiya təbabətin bütün digər sahələri kimi sürətlə inkişaf edir. Xəstəliklərin müasir müalicə metodları və onlardan qorunma yollarını təklif edir.

 

Varikosele.az

 

xayada damar genişlənməsi

Varikosele.az ı yaratmaqda məqsədimiz müasir dünya standartlarını və protokollarını ölkəmizə gətirmək, onları uğurla tətbiq etməkdir. Beləliklə də biz fəaliyyətə başlayandan minlərlə pasientimiz üçün varikoselin dünya standartlarına uyğun müayinə və mikrocərrahi müalicəsi əlçatan olmuşdur.
Nəzərinizə çatdırım ki, xəstəxanamız və kollektivimiz uroloji – androloji – ginekoloji profildə ixtisaslaşmışdır. Belə ki, yalnız varikosel əməliyyatının müasir dünya standartlarına uyğun olaraq mikroskopik üsulla ( mikrocərrahiyyə ) təmin edilməsi məqsədilə klinikamız hər növ mikrocərrahi avadanlıqlarla, yüksək dəqiqlikli görünüş verən mikroskopla təchiz edilmişdir. Həmçinin klinikamızda ən müasir standartlara cavab verən rentgen – uroloji kabinet vardır. Böyrək daşlarının paraçalanması üçün kontakt – lazer litotripsiyası , endoskopik, laparoskopik və lazer cərrahiyyəsi üçün zəruri olan hər cür avadanlıqla təchiz olunmuş əməliyyatxana, təcrübəli kollektiv fəaliyyət göstərir. Labarotoriyamız yüksək səviyyədə, hər cür İFA ( immunoferment analiz ), biokimyəvi, PZR ( polimeraz zəncirvari reaksiya ) müayinəsinin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz olunmuşdur.

 

 

 

Bəlkə də dünyanın hər yerində belədir, sağalamlığımızla əlaqədar problem yarandıqda mütləq yaxşı həkim axtarışına çıxırıq. Ona görə də tez qohum – əqrəbədən, dost – tanışdan, iş yoldaşı, sinif yoldaşından yaxşı həkim soruşuruq .

 

Bizim üstünlüyümüz nədir ? Bizi seçməyinizin səbəbləri

 

  1. Peşəkar yanaşma : müasir və az travmatik müalicə metodları ( mikrocərrahiyyə, lazer və endoskopik cərrahiyyə )

 

  1. Xaricdə ixtisaslaşmış həkim və digər tibb personalımız .

 

  1. Sizdə yanaşı gedən xəstəliklərin olduğu halda digər sahələrdən olan peşəkar həkimlərimizlə konsilium eləmək imkanımız.

 

  1. Digər xəstəxanalarda aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması imkanımızın olması.

 

  1. Endoskopik və laparoskopik əməliyyatların və diaqnostik prosedurların uğurla aparılması üçün lazım olan bütün avadanlıqlar Avropa Uroloqlar Assosiasiyasının standart və tövsiyyələrinə uyğundur. ( Karl Storz – Almaniya istehsalıdır).

 

  1. Təcrübəli anestezioloq – reanimatoloq komandamız var. Adi stasionarlarda xəstəyə narkoz verməkdən imtina edildiyi halda bizim komandamız belə ağır yükün altına girib ordan üzü ağ çıxmağı bacarır.

 

  1. Komfort : xəstələrin yazıldığı vaxta uyğun gecikmədən qəbulu, hər şəraiti olan stasionar və əməliyyatdan sonra xəstələrə xüsusi diqqət . ( damar genişlənməsi )

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/