Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

QƏBULA YAZIL

Ziyad Əliyev

Həkim uroloq-androloq

Varikosel, sonsuzluq, mikroskopik – mikrocərrahi əməlliyyat Baki Azerbaycan

 

 

Varikosel xəstəliyi və onun eyakulyata ( spermaya ) təsiri haqqında heç vaxt heç yerdə eşitmədikləriniz haqqında video

 

 

Androloq – uroloq olaraq varikosel hər gün rastlaşdığımız xəstəlik olduğu üçün bu barədə daha geniş danışa bilərdik. Təəssüf ki, efir vaxtı qısadır. Buna baxmayaraq ən vacib məqamlardan az da olsa məlumat çatdırmağa çalışdım. Özünüzdə, ailə üzvünüzdə yaxud yaxın qohumunuzda varikoselin olmasını ehtimal edirsinizsə mütləq həkim uroloq – androloqa müraciət edin. Xüsusən də əgər siz subaysınızsa, evlənmək planlaşdırırsınızsa müayinə olunun. Yaxu sizin  oğlunuz, qardaşınız, dostunuz ailə həyatı qurmağa hazırlaşırsa mütləq müayinə olunmasını məsləhət edin. Əmin olun ki, sizin ata olmağınızı əngəlliyə bilən varikosele sizdə yoxdur. Hətta əgər vardırsa vaxtında mikrocərrahi əməliyyat olunun.

Olduqca vacib məqamlardan birini size diqqətinizə çatdırım. Belə ki, bizə hər hansı şikayətlə əlaqədar müraciət edən gənc subay oğlanda təsadüfən varikosel aşkarlayırıqsa mütləq ona spermaqram müayinəsi verməyini tövsiyyə edirik.

Bildiyimiz kimi varikosel 90 % – ə qədər hallarda heç bir ağrı simptomu ilə müşahidə edilmir. Varikosel olan xəstələrin təqribən 10 % – də xaya nahiyyəsində hər hansı ağrı, diskomfort olur. Ona görə də bu xəstələrə cərrahi müdaxilənin vacibliyini nə qədər də izah etməyə çalışsaq da onların böyük əksəriyyəti əməliyyat olunmaqdan imtina edir.

Bunun birinci səbəbi xəstəliyin ağrısız, əlamətsiz keçməsidir. Belə ki, heç bir yerində ağrı, diskomfort olmayan insana dedikdə ki, sizə cərrahi müdaxilə məsləhətdir yaxud siz əməliyyat olunmalısınız, hətta həkimi ciddi qəbul etmiyə bilər. Əgər biz özümüzü də o xəstənin yerində təsəvvür etsək, ilk baxışdan yəqin ki, əməliyyatdan imtina edərik. Əlbəttə ki, həkimin peşəkarlığı və manevr qabiliyyəti xəstəni əməliyyatın vacibliyinə inandırmaqdır. Varikosel, sonsuzluğun müalicəyə tabe ola bilən ən geniş yayılmış səbəbidir. Belə ki, sonsuzluqla müraciət edən xəstələrin 35 – 40 % – də varikosel aşkarlanır. Bu xəstələrlə söhbət əsnasında məlum olur ki, onların  50 % – i ailə qurmazdan əvvəl özlərində varikoselin olması baradə məlumatlı olublar. ( Varikosel mikrocərrahi əməliyyat – uroloq – androloq Baki Azerbaycan )

Subay oğlanlarda varikosel təhlükəsi

Hələ subay vaxtlarında onlar müxtəlif şikayətlərlə əlaqədar ( cinsi yolla yoluxan əstəliklər, cinsi zəiflik və.s ) həkim müayinəsində olduqda onlarda varikosel aşkarlanıb. Hətta cərrahi müdaxilənin zəruriliyi barədə onlara məlumat verilib. Buna baxmayaraq onlar subay vaxtında bu xəstəlikdən asanlıqla azad ola biləcəkləri halda, bu problemi yeni qurduğu ailəyə də aparıblar. Yeni qurulmuş ailədə müəyyən vaxt ərzində həyat yoldaşında hamiləlik alınmır və həkimə müraciət etməli olurlar.

Kürəkəndə varikosel aşkarlandıVarikosel mikrocərrahi əməlliyyat - uroloq - androloq Baki Azerbaycan

Əlbəttə ki, ilk olaraq qadın müayinə olunur. Əgər cüzi də olsa narahatçılıq aşkarlanarsa o problem tam aradan qalxana qədər kişi müayinə olunmaz. O halda ki, artıq ailəyə kənardan qızın atası yaxud anası müdaxilə edər, yalnız ondan sonra oğlan ( kürəkən ) özündə təpər ( güc ) tapıb müayinəyə gedər. Müayinə əsnasında əlbəttə ki, hələ subay vaxtından özü ilə gəzdirdiyi varikosele aşkarlanır. Müvafiq olaraq spermoqram göstəriciləri də kəskin aşağıdır. Bu halda kürəkən androloqlara müraciət edir, onları bir – bir dolaşır, əməliyyat edə bilənlər düzgün olaraq əməliyyat vacibliyini ona bildirir. Əməliyyat bacarmıyanlar isə öz bildikləri qaydada ( ndjehfuef ) yanaşırlar .

Beləliklə bütün nəsil bildi ki, kürəkənin xayasında problem var, sperma faizi aşağıdır və əməliyyat olunmalıdır. İndi siz özünüz qərar verin görün bu problemi subaylıqdan ailə həyatına daşımaq lazımdırmı ? Sizə lazımdırmı ki, xayanızda olan problemi qaynata, qaynana və bütün ” arvad tərəf ” bilsin ? Olmazdırmı ki, bu problemi vaxtında, subay olarkən kiçik bir mikrocərrahi əməliyyat yolu ilə həll edəsiniz ?

Mikroskopik varikosel əməliyyatı vaxtında edilməlidir . Əməliyyatı gecikdirsəz nə olar ?Varikosel mikrocərrahi əməlliyyat - uroloq - androloq Baki Azerbaycan

Bunu obrazlı şəkildə yazmağımın səbəbi var. Çünki, təsadüfən baxış zamanı gənc subay oğlanlarda varikosel aşkarladığımız halda əməliyyat vacibliyi barədə kifayət qədər ətraflı məlumat verməyimizə baxmayaraq onların bir hissəsi yenə də əməliyyatdan ya qorxur yaxud da hansısa kiçik maliyyət çatışmazlığını əsas gətirərək əməliyyatdan imtina edirlər. Hətta belə pasientlərin bir qisminin yanında ata – anasının da olmasına baxmayaraq onlar buna boş verir və gələcəkdə ağıllarına belə gətirməyəcəkləri sonsuzluqla üzləşirlər. Bundan sonra artıq başlayırlar şəhərdə nə qədər ginekoloq – androloq varsa hamısına müraciət etməyə. Hələ bizə də deyirlər ki, ay doktor, bizim nəsildə heç belə şey olmayıb, hamının uşağı var. Bu haradan rast gəldi bizə ? Haradan rast gəldiyini yəqin ki, başa düşdünüz hörmətli oxucu !?

Başqa bir tərəfdən isə varikoselin vaxtında edilməsinin üstünlüyü vadır. Belə ki, varikoselin davam etmə müddətindən asılı olaraq xaya daxilində gedən dəyişikliklər geri dönən və geri dönməyən xarakter alır. Əgər varikosel vaxtında cərrahi müdaxilə edilməzsə bu halda xayaların daxilində gedən dəyişiklik geri dönməyən xarakter alır. Bu isə o deməkdir ki, gecikdirilib edilən əməliyyatın faydası olmur. Yəni belə xayalarda sperma yaradmaq qabiliyyəti kəskin aşağı düşür və bu göstərici əməliyyatdan sonra normallaşmır. Yəni bərpa olunmur.

Uşaqlarda varikosele

Əziz valideyinlər oxuyun məlumatlanın ki, varikosel daha erkən yaşlarından yarana bilən xəstəlikdir. Xüsusən ailə üzvlərində ürək – damar sistemində, ayaq damarlarında problem olan ailələrdə valideyin daha diqqətli olmalıdır. Xüsusən də uşaqlarında qəbizlik, xroniki öskürək (  astma, bronxit və.s ) olan, uşaqları ağır idmanla məşğul olan valideyinlər. Əsgərlikdən qayıdan uşaqların valideyinləri də onları androloq yanında yoxlatmalıdır. Həmçinin yaxın qohumlarında varikosel əməliyyatı keçirən aillərlərin uşaqlarında varikosel daha erkən yaşda aşkarlana bilər. Bizə rast gəlinən hallardan dəfələrlə 11 – 15 yaşlı uşaqlarda varikosele aşkarlamışıq. Ona görə də ilk növbədə valideyinlər diqqətli olmalıdır. Uşaqlarını heç olmasa ildə bir dəfə androloq baxışına aparmaları tövsiyyə olunur.

Varikosel mikrocərrahi əməlliyyat - uroloq - androloq Baki Azerbaycan

 

Varikosel niyə bu qədər aktualdır ? Bunun səbəbləri ? İlk növbədə ona görə ki, varikosel bir xəstəlik olmaqla yanaşı həm də çox ciddi sosial demoqrafik problemdir. Belə ki, bir başa olaraq insanların artımını, nəsiltörətmə qabiliyyətini əngəlləyir. ( Varikosel mikrocərrahi əməlliyyat – uroloq – androloq Baki Azerbaycan ) .

Məqalələr

Privacy Preference Center

Strictly Necessary

These cookies are essential for websites built on Wordpress to perform their basic functions. These include those required to allow registered users to authenticate and perform account related functions.

wordpress_test_cookie, wordpress_{hash}, wordpress_logged_in_{hash}, wp-settings-{user_id}, wp_sharing_{id}

Close your account?

Your account will be closed and all data will be permanently deleted and cannot be recovered. Are you sure?