Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikoselin müayinəsi – varikoselin təyini

Varikoselin müayinəsi - varikoselin təyini

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin müayinəsi – varikoselin təyini

    Bədənimizin bütün digər orqan və toxumalarından fərqli olaraq xayaların unikal termorequlyasiya mexanizmi vardır. Tremorequlyasiya dedikdə temperatur tənzimi başa düşülür. Bu isə o deməkdir ki, xayalar temperaturun dəyişməsinə çox həssas reaksiya verir. ( Varikoselin müayinəsi – varikoselin təyini )

    Varikoseli əllə necə və hansı şəraitdə müəyyən etmək olar ?

    ( Varikoselin müayinəsi – varikoselin təyini )Varikoselin müayinəsi - varikoselin əllə təyini

     

    Belə ki, bədənimizin bütün nahiyyələrində, hətta ən arıq insanda belə dərialtı piy toxuması ( qatı ) vardır. Lakin heç bir kişidə, hətta bədən çəkisi normadan qat – qat yüksək olan kişilərin xayasının dərialtı piy qatı yoxdur. Yəni, ta yaranışdan xayalar piy toxumasından azaddır. Əvəzində isə dərialtı ətli ( əzələli ) qişa vardır. Məhz bu ətli qişanın yığılıb boşalması sayəsində xayanın temperatur tənzimi təmin edilir. Belə ki, ətraf mühitin temperaturu aşağı olduqda xayalığın dərisi büzüşür ( yığılır ), əksinə isti olduqda isə boşalır, sallanır. Bu isə o deməkdir ki, ətraf mühitin ” istənilən ” temperatur şəraitində xayalar özləri üçün lazım olan temperatur rejimini təmin edə bilirlər. Əyani olaraq bunu öz pasientlərim üzərində də görə bilirəm. Siz özünüz də fikir versəniz görəcəksiz ki, isti havada xayalıq dəriniz boşalıb, soyuqda isə yığılıb.

    Varikoselin müayinəsi – varikoselin təyini xayalığa baxışdan başlayır

    ( Varikoselin müayinəsi – varikoselin təyini )

    Xayaların müayinəsi cinsi orqanların müayinəsinin bir hissəsidir. Yuxarıdakı abzası oxudunuzsa görəcəksiz ki, soyuq havada xayalığın əllə müayinəsi əlverişsizdir. Daha doğrusu varikosele ilə əlaqədar xayalığa baxarkən çalışmaq lazımdır ki, optimal otaq temperaturu olsun. Xəstəyə ayaq üstü vəziyyətdə baxılmalıdır. Təqribən 20 – 22 C .  Əgər müayinə zamanı otağın temperaturu soyuqdursa, hətta çox təcrübəli həkim üçün də damarlarda olan genişlənməni əllə müəyyən etmək çətinlik törədir. USM – də xaya dopleri adlanan müayinənin olmasına baxmayaraq, varikoselin müayinəsi – varikoselin əllə təyini olduqca vacibdir. Çünki, varikoselin dərəcəsi məhz əllə baxış zamanı müəyyən edilir. Əlbəttə ki, əməliyyat qərarının verilməsi üçün xaya doplerinin ( skrotal dopler ) olunması vacibdir. ( Varikoselin müayinəsi – varikoselin təyini, varikoselin əllə müayinəsi, dopler müayinəsi )

    Varikoselin dərəcəsini necə təyin etməli  ( Varikoselin müayinəsi – varikoselin təyini )

    Bildiyimiz kimi insanlar damarların şaxələnmə tipinə görə iki qrupa bölünür.

    – magistral tip
    – səpələnmiş tip

    Magistral damar tipli insanlarda varikosele daha aydın nəzərə çarpır, əllə baxdıqda xayalığın səthində və toxum ciyəsi boyunca genişlənmiş venalar müəyyən olunur. Əməliyyat zamanı belə pasientlərdə genişlənmiş venaların sayı az olur, 2 – 4 ədəd.
    Səpələnmiş damar tipi olan insanlarda isə genişlənmiş venalar nisbətən çətin müəyyən olunur. Bu halda venaların sayı daha çox olur, 5 – 7 və daha çox. ( Varikoselin müayinəsi – varikoselin təyini )

    Varikoselin dərəcələri

    Təzahür formasından asılı olaraq varikoselenin dörd dərəcəsi ayırd edilir :

    I-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxarkən damarların ( vena damarları ) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı zaman ( buna valsalva sınagı deyilir ) toxum ciyəsinin əllə müayinə edərək aşkarlamaq olur.

    Varikoselin müayinəsi - varikoselin təyini

     

    II-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Lakin xəstə uzanıq vəziyyətə keçdikdə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.

     

    III-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformaiya olunur, daha çox sallanır. Xəstənin horizontal vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur. ( xayada sallanma, şişkinlik, ağrı olur)

     

    IV-DƏRƏCƏ : venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir ( atrofiyalaşır ), konsistensiyası yumşalır. Ağrı sakit halda da ola bilir.
    Xəstəlik, xaya səthidə ( 90 % – dən artıq hallarda sol xayada ) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir. Ona görə də əgər klinik forma varikosele müəyyən olundusa, ən optimal müalicə yolu mikrocərrahi müdaxilədir. Düzdür, heç bir ağrısı olmayan insana, siz mikroskopik əməliyyat olunmalısınız dedikdə, o bunu qeyri normal qəbul edir. Bu barədə daha ətraflı varikoselin müalicəsi və ikrocərrahi müalicəsi bölümündə

    Xaya dopleri ( skrotal dopler )Varikoselin müayinəsi - varikoselin təyini

    Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir. USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və. s. Yuxarıda göstərildiyi kimi venaların genişlənməsi nəticəsində onların daxilində olan klapanlar ( qapaqlar ) aralı qalır, venanın mənfəzini tam tutmur və nəticədə venoz qan geriyə, xayaya qayıdır.

    Dopler müayinəsi zamanı damarların diametri və qanın damarlarla geri qayıdmasının davametmə müddəti təyin olunur. Venalarda qanın geriyə qayıdmasına reflüks, yaxud retroqrad axın deyilir. Xaya doplerində venaların ən geniş yeri sakit halda 1,5 – 1,6 mm, ayaqüstə və gərginlik sınağından sonra isə 1,8 – 2,0 mm dən artıq olmamalıdır. USM – də həmçinin xayaların həcmini, toxuma strukturunu dəqiq müəyyən etmək olur.

    Adətən varikosel əməliyyatından 3 ay sonra təkrar xaya dopleri müayinəsi və spermoqram müayinəsi aparılır.

     

    Varikosel haqqında Azərbaycan dilində olan ən geniş məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz.

    Qardaş sayt : androloq.az

     

    Sosial şəbəkələrdə paylaş