Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosel nədir ?

Varikosel nədir

QƏBULA YAZIL

Anonimlik qorunur

Varikosel nədir – xayada varikoz damar genişlənməsi

Varikosel nədir ? – dedikdə, xayaların venoz drenajını həyata keçirən vena damarlarında yaranan varikoz genişlənmədir. Başqa sözlə desək sonsuzluq şikayəti ilə bizə müraciət edən pasientlərin 30 – 40 % – də aşkarlanan bir xəstəlikdir. Bildiyimiz kimi qanı orqana gətirən damar arteriya adlanır. Arteriyalarda arterial qan daşınır. Venalarla isə orqandan gedən qan daşınır. Normal halda venoz qan ən qısa zamanda xayadan uzaqlaşdırılmalıdır. Çünki venoz qan oksigeni az, karbon qazı və digər zərərli, toksiki maddələrlə zəngin qandır. Ona görə də xayadan gedən venoz qanın geriyə, xayaya doğru qayıdması çox ciddi fəsadlara yol açır.

Varikosel xəstəliyi zamanı çirklənmiş venoz qanın xayalığa qayıdmasını əngəlliyən mexanizm pozulur. Bu mexanizim isə xayalardan venoz qanı daşıyan damarların daxilində olan qapaqların ( klapanların ) yetməməzliyidir. Normal halda bu qapaqlar bağlanarkən damar mənfəzini tam tuturdu ki, venoz qan geriyə qayıdmasın. Damar genişləndikdə isə qapaqlar damar mənfəzini tam qapaya bilmir və qan onların arasından geriyə, xayaya doğru qayıdır. Tərkibi karbon qazı, kreatinin, sərbəst radikallarla zəngin olan qan xaya toxumasının qidalanmasını pozur, xaya toxuması oksigen və qidalı maddələr aclığı yaşayır. Beləliklə də    onun funksional aktivliyini əngəlləyir. Xayanın funksional aktivliyi dedikdə isə onun sperm yaratma funksiyası və testosteron sintezi başa düşülür.

 

Müayinə haqqında çox qısa

Normal halda xaya venalarının diametri 1,5 – 1,6 mm – dir. Varikoz damar genişlənmə zamanı isə venaların diametri 4 – 5 mm və daha artıq ola bilir. Varikoselein müayinəsi isti otaq şəraitində aparılmalıdır. Çünki, sərin və soyuq şəraitdə xayalığın dərisi büzüşür. Bu zaman əllə baxış zamanı varikoseleni aşkarlamaq çox çətin olur. Xüsusən səpələnmiş damar tipi olan insanlarda bu daha çətin olur. USM müayinədə isə ciddi fərq etməz. Bütün hallarda varikoz damar genişlənməsini aşkarlamaq çətinlik törətmir. Varikosele zamanı cərrahi müdaxiləyə qərar verilərkən çox vacib göstərici venoz qanın geriyə axma vaxtıdır. Buna retroqrad axın yaxud reflüks deyilir. 1, 5 saniyəyə qədərki müddət ərzində venoz qanın geriyə axını norma hesab olunur. Bundan artıq müddət ərzində venoz qanın geriyə axını patoloji haldır. Yəni patoloji reflüksdür.

 

Varikosel haqqında Azərbaycan dilində olan ən geniş məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz.

 

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

Sosial şəbəkələrdə paylaş