Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosel əməliyyatından sonra sperma analizi

varikosel əməliyyatından sonra

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikosel əməliyyatından sonra nə vaxt sperma vermək olar ?

    Varikosel əməliyyatından sonra sperma analizi verərkən mütləq spermatozoidlərin yaranma, çoxalma, yetişmə və formalaşma prosesləri nəzərə alınmalıdır. Belə ki, ana herminogen hüceyrədən yetkin spermatozoidin əmələ gəlməsinə qədərki, dövr spermatogenez adlanır. Ortalama bu müddət 90 gün davam edir. Ona görə də mikroskopik ( mikrocərrhi ) varikosel əməliyyatından təqribən 3 ay sonra sperma analizi vermək olar. Daha doğrusu xəstələrə tövsiyyə olunur ki, təkrar sperm analizi əməliyyatın 3 aylığında verilsin.

    Varikosel əməliyyatından sonra sperm göstəricilərinin ən yaxşı vəziyyəti əməliyyatın 6 aylığında olur. Əgər əməliyyatdan 6 ay sonra sperm göstəricilərində müsbətə doğru ciddi dəyişiklik vardırsa 9 və 12 ci aylar gözlənilməsi və spermoqram analizləri təkrarlanmalıdır. 90 % – dən artıq hallarda 6 ay müddətində spermoqramda hər hansı dəyişiklik yoxdursa, sonrakı aylarda əməliyyat səbəbindən hər hansı bir irəliləyiş baş vermir. Əlbəttə ki, əməliyyat düzgün aparılıbsa. Düzgün əməliyyat dedikdə varikoselin müalicəsində müasir dünya standartı olaraq qəbul edilmiş mikrocərrahi üsul nəzərdə tutulub. Çünki, qarantlı olaraq arterial damarların qorunması əsasən mikrocərrahi ( mikroskopik ) üsulla mümkündür.

    Əməliyyat olunmaq vacibdirmi ?

    Varikoseli olan xəstələrin 10 % – i ata olmaq qabiliyyətini saxlayır. Ona görə də xəstə dedikdə ki, qohumumda yaxud tanışımda varikosel var, amma uşağı oldu. Bəli bu mümkündür. Lakin 10 % hallarda. Əməliyyatdan sonra isə bu göstərici dəyişir 76 – 80 % – olur. Bütün bu dinamik müşahidə dövründə xəstənin sperm göstəricilərinin normallaşdırılması üçün digər alternativ müalicə vasitələrindən də istifadə edilməlidir.

    Bir çox hallarda xəstələr əməliyyatdan imtina edir. Bunun səbəbini biz çox yaxşı bilirik. Yazıram siz də bilin. Bunun əsas səbəbi yaxın adamlarda, qohumda, tanışda aparılan uğursuz əməliyyatlardır. Bəli, bu belədir. Çünki, klinik olaraq aşkarlanan və birbaşa cərrahi müdaxilyə ehtiyac duyulan xəstələrə cərrahi müdaxilə məsləhət edərkən olnarda bu əməliyyatla bağlı çox ciddi təşviş vardır. Bu təşviş əməliyyat olunmaqdan qorxmaqla bağlı deyildir. Əvvəllər uğursuz varikosel əməliyyatı keçirmiş çoxlu sayda tanış və qohumlarının taleyini yaşamaq istəməməyi ilə bağlıdır.

    Əlbəttə ki, biz nə qədər də izah etsək, aydınlıq gətirməyə çalışsaq da, belə insanların əksəriyyəti gələcəkdə sonsuz ola bilmək qorxusu ilə əməliyyatdan imtina edirlər. Mən onlara izah etməyə alışıram ki, sizin ətrafınızda olan və uğursuz əməliyyat keçirən insanların heç biri mikrocərrahi əməliyyat keçirməyib. Yalnız köhnə üsul və köhnə yanaşma və prinsiplərlə əməliyyat olunublar. Əməliyyatdan sonra da heç biri adekvat müalicə almayıblar. Müasir elmin andrologiya və spermatologiyaya tətbiqi sayəsində əvvəllər mümkün olmayan yaxud az effektiv olan metodlar daha da təkmilləşib.

    Mikroskopik varikosel əməliyyatı sizin ata olmağınızın qarantı ola bilər. Ata olmaq isə sizin kişilik haqqınızdır

    Artıq bir neçə ildir ki, biz varikosel əməliyyatını yalnız mikroskopik üsulla ( mikrocərrahi yolla ) icra edirik. Həmçinin dünyanın bütün inkişaf etmiş ölkələrində varikosel əməliyyatı o klinikalarda olunur ki, onlarda mikrocərrahi şərait vardır. Minlərlə xəstə üzərində icra etdiyimiz mikrocərrahi əməliyyatlar bir daha onu deməyə əsas verir ki, mikroskop altında aparılan əməliyyat əsil qızıl standartdır.

    Sosial şəbəkələrdə paylaş