Mikroskopik varikosel əməliyyatından sonra nəyə diqqət etməli ?
Varikosel əməliyyatından sonrakı erkən dövrdə həkimin tövsiyyəsinə əməl etməklə ağır fiziki iş, idman və cinsi əlaqədən çəkinmək lazımdır. Belə ki, daha konkret desək cinsi əlaqə əməliyyatın 3 həftəliyində, yüngül idman və iş isə 4 – 6 həftəlikdə mümkündür. Bununla yanaşı həkimin təyin etdiyi müalicəyə diqqətlə yanaşılmalıdır.
Mikroskopik varikosel əməliyyatından sonra xayada ağrı olurmu ?
Varikosel olan xəstələrin təqribən 10 % də ağrı diskomfort olur. Digər 90 % də isə təsadüfi müayinə zamanı varikosel aşkarlanır. Varikoselin ağrısız keçməsinin əsas səbəbi də damarlarda olan genişlənmənin uzun müddətə yaranmasıdır. Belə ki, xaya damarlarında olan genişlənmə o qədər zəif sürətlə artır ki, insan onu ağrı şəklində hiss etmir. Əməliyyatdan sonra xayada ağrının olub olmaması yaxud əməliyyatdan əvvəl olan ağrının itib – itməməsi əvvəlcədən müəyyən oluna bilən haldır. Belə ki, əgər xayada olan ağrı varikoselin olması ilə əlaqədardırsa əməliyyatdan sonra itməlidir. Yəni ağrı keçib gedir. Lakin xayada olan ağrının az bir hissəsi varikoselə bağlıdır. Xayada ağrı verə bilən bir sıra xəsəliklər vardır ki, bu ağrının səbəbi ola bilər. Belə olduğu halda əməliyyatdan sonrakı vəziyyətdə xayada ağrı saxlanılır. Ona görə də əgər xəstənin əsas şikayəti xayada olan ağrıdırsa, daha ciddi dəqiqləşdirməyə ehtiyac vardır.
Xayada ağrının digər səbəbləri
Xayada və xaya artımında kista, hidrosele ( xaya qişaları arasına maye toplanması ), orxit, epididimit, qasıq yırtığı, prostatit, uretrit, bel ağrıları, böyrək və sidik axar daşları və. s xəstəliklər xayada ağrı verə bilər. Hətta əgər varikosel əməliyyatının aparılmasına əsas göstəriş ağrı deyil, kişi sonsuzluğudursa bu halda da gələcəkdə xaya ağrısı yaranma ehtimalı mümkündür. Çünki istənilən nahiyyədə aparılan əməliyyatlar zamanı dəri və dərialtı toxumalar kəsilirsə, deşilirsə yaxud lazerlə yandırılırsa və.s, müvafiq olaraq da o nahiyyədə olan sinirlər kəsilir, yanır və.s.
Mikroskopik varikosel əməliyyatından sonra xayada şişkinlik ola bilərmi ?
Bəli əməliyyatdan sonrakı bir – iki həftə müddətində xayalığın xərisi və dərialtı toxumalar ödemli olur. Bu isə əməliyyata səbəb olan və əməliyyat zamanı bağlanan venalarla bağlıdır. Lakin şişkinlik əgər xayanın özündədirsə, bu hal hidrosele ola bilər. Hidrosele dedikdə xaya qişaları arasında maye toplanması başa düşülür. Varikosel əməliyyatı mikrocərrahi yolla aparılmazsa hidrosel daha tez – tez rast gəlinir. Bunun əsas səbəbi xayanın limfa dövranını təmin edən limfa axarlarının zədələnməsidir. Mikrocərrahi əməliyyat zamanı limfa axarları aydın görünür, onların zədələnmə ehtimalı ən minimal olur. Digər əməliyyatlarda isə onu fərqləndirmək çətindir və onların zədələnmə ehtimalı, dolayısıyla xayada maye toplanma ehtimalı yüksəlir.